Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Report-un məlumatına görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Fuad Səmədzadə və 1965-ci il təvəllüdlü Sevil Gəncəliyeva xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info