Culfa rayonunda yol qəzası olub

Culfa rayonunda yol qəzası olub

Naxçıvan-Ordubad magistralının Culfa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı iki avtomobil toqquşub və nəticədə 3 nəfər xəsarət alıb.

Xəsarət alan Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Məhərrəmova Azadə Fəhralı qızı, 1986-cı il təvəllüdlü Qafarova Könül Mehdi qızı və 2002-ci il təvəllüdlü Qafarova Aysu Vüqar qızı Naxçıvan Mərkəzi Xəstəxanasın yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"