Famil Xəlilov ev dustaqlığına buraxıldı

Famil Xəlilov ev dustaqlığına buraxıldı

Həbsdə olan ictimai fəal Famil Xəlilov ev dustaqlığına buraxılıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda onun barəsindəki qətimkan tədbiri dəyişdirilib. F.Xəlilovun istintaq müddətində ev dustaqlığında qalmasına qərar verilib.

Qeyd edək ki, F.Xəlilov 3 aya yaxın aclıq aksiyası keçirmiş və noyabrın əvvəlində aksiyanı dayandırmışdı.

F.Xəlilov qanunsuz narkotik dövriyyəsində ittiham edilir.

"Cebheinfo.az"