Füzuli-Ağdam yolunda faciə - 2 nəfər öldü

Füzuli-Ağdam yolunda faciə - 2 nəfər öldü

Bu gün Füzuli-Ağdam yolunda hərəkət edən "VAZ" markalı avtomobil yol kənarında dayanan traktora çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib.

Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.

"Cebhe.info"