Gədəbəydə kürəkən qayınanasını döyərək xəsarət yetirib

Gədəbəydə kürəkən qayınanasını döyərək xəsarət yetirib

Gədəbəy rayonunda yaşlı qadın döyülərək xəsarətlər alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1959-cu il təvəllüdlü Z.Əhmədova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Yaxınları qadının kürəkəni tərəfindən döyüldüyünü bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"