Gəncədə Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Gəncə şəhərində Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini, 1980-cii il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları hadisı yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
17:29
Gəncə şəhərində bıçaqlanan şəxs ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Ölən şəxsin kimliyi hələ müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"