Gəncədə zəncirvari qəza - YENİLƏNİB

Gəncədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Nizami Gəncəvi prospektində 3 avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü R.Aslanov, 1998-ci il təvəllüdlü Ə.Əliyev və daha 2 nəfər isə yüngül xəsarətlər alıb.
R.Aslanov, Ə.Əliyev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
16:41
Gəncədə zəncirvari yol qəzası olub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində iki "KİA" və bir "Mercedes" markalı avtomobillərinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"