Goranboyda zəhərlənən sakinlərin son durumu necədir?
Goranboyda 5 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Zəhərlənənlər 2012-ci il təvəllüldü A. Kərimli, 2011-ci il təvəllüdlü A. Qasımova, 2009-cu il təvəllüldü S. Qasımova,1982-ci il təvəllüdlü Q. Qasımov və 2009-cu il təvəllüdlü A. Kərimovadır.
Məlumata görə, həmin şəxlər qidadan zəhərləniblər.
Bəs hazırda onların durumu necədir?
TƏBİB-dən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda onların durumu qənaətbəxşdir:
"10.08.2024-cü il tarixində saat 01:55-də 5 nəfər (4-ü uşaq olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara alimentar qida zəhərlənməsi diaqnozu təyin edilib.
Hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxşdir".
Naibə
"Cebheinfo.az"