Göyçay sakini kanalda batıb - YENİLƏNİB

Göyçay sakini kanalda batıb -  YENİLƏNİB

Göyçay sakini kanala düşüb.

APA-nın Şirvan bürosu xəbər verir ki, rayonun Bığır kənd sakini 1971-ci il təvəllüdlü Qəfərov Qalib Nizam oğlu dünən balıq tutmaq adı ilə evdən çıxıb geri qayıtmayıb.

Onun kanala düşdüyü ehtimal olunur.

Hazırda axtarışlar davam edir.

***

13.47

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

"Cebhe.info"