Göygöldə avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Göygöldə avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"