Göygöldə sel olub, xəsarət alanlar var - YENİLƏNİB

Göygöldə sel olub, xəsarət alanlar var - YENİLƏNİB

İntensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını nəticəsində kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, dərhal Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları digər qurumlarla birlikdə kənd ərazisinə gələrək təxirəsalınmaz tədbirlər həyata keçirmiş, nəqliyyatın hərəkətin bərpası edilib:

“İlkin məlumata görə hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerindədir araşdırmalar davam etdirilir”.

21:16

Axşam saatlarından başlayaraq yağan güclü yağış səbəbindən Daşkəsən və Göygöl rayonlarında bəzi fəsadlar yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, leysan yağışlar ucqar kənd ərazilərində əkin sahələrinə, meyvə ağaclarına zərər vurub.

Sel suları səbəbindən avtomobil və kənd yollarında hərəkətdə qismən çətinlik yaranıb.

Qeyd edək ki, bölgədə güclü ildırımla müşahidə olunan yağıntılı hava şəraiti davam edir.

Cebhe.info