Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı yük avtomobili yolu keçən Atbulaq qəsəbə sakini 1972-ci il təvəllüdlü Cəbrayılov Asəf Musaxan oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az”