Ağadadaş Ağayevlə qalmaqal: Mühafizəçiyə yekun ittiham elan edildi

Ağadadaş Ağayevlə qalmaqal: Mühafizəçiyə yekun ittiham elan edildi

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun da ibtidai istintaqı başa çatıb.

"Cebheinfo.az"“Qafqazinfo”-ya istinadən xəbər verir ki, toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

N.Cəlilova da 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Bu maddənin sanksiya həddində 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, insidentə görə cinayət işləri ayrı-ayrılıqda icraata götürülüb. Digər işdə Ağadadaş Ağayev müttəhimdir.

"Cebheinfo.az"