102 yaşlı müharibə veteranı vəfat etdi

102 yaşlı müharibə veteranı vəfat etdi

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova vəfat edib.

APA xəbər verir ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.

Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından APA-ya bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, F.Səttarova 1922-ci ildə Bakıda anadan olub. İkinci Dünya müharibəsinin ilk aylarında tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1941-1942-ci illərdə Moskva uğrunda döyüşlərdə iştirak edib.

F.Səttarova Sovet ordusunun sıralarında Berlinə qədər gedib.

1945-ci ilin fevralında xəstəliyi ilə bağlı tibbi komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək Bakıya qayıdıb.

O, 2022-ci il yanvarın 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən "İstiqlal" ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi.

"Cebheinfo.az"