Küçənin ortasında "Yaşa Azərbaycan" oynadılar: Həbs edildilər - VİDEO

Küçənin ortasında "Yaşa Azərbaycan" oynadılar: Həbs edildilər - VİDEO

Rusiyanın paytaxtı Moskvada maşınları yolun ortasında saxlayıb "Yaşa Azərbaycan" musiqisi ilə rəqs edən bir qrup azərbaycanlı saxlanılıb.

"Cebhe.info" Modern.az-a istinadən xəbər verir ki, həmyerlilərimiz yol hərəkəti qaydalarını və ictimai asayişi pozmaqda ittiham olunur.

Maşınlardan biri cərimə meydançasına aparılıb. Saxlanılan şəxslərə ümumilikdə 90 min rubl cərimə və 5 nəfərin hər birinə 15 sutka həbs cəzası verilib.

https://www.tiktok.com/@patrul.az.official/video/7363960525690064129

"Cebhe.info"