Kürdəmirdə 66 yaşlı kişini cərəyan vuraraq öldürüb

Kürdəmirdə 66 yaşlı kişini cərəyan vuraraq öldürüb

Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Şıxımlı kəndində baş verib. Kənd sakini, 1959-cu il təvəllüdlü Nizami Şəməddin oğlu Qarayev yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"