Kürdəmirdə silahlı insident: Gecəyarı evində güllələndi

Kürdəmirdə silahlı insident: Gecəyarı evində güllələndi

Kürdəmirdə silahlı insident olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Carlı kəndində qeydə alınıb.

Kənd sakinləri - Xalid Abdullayevlə Rüstəm Məmmədov arasında mübahisə düşüb.

Mübahisədən sonra X.Abdullayev gecə saatlarında R.Məmmədovun yaşadığı evə gələrək ov tüfəngi ilə onu güllələyib.

Nəticədə R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"