Lənkəranda stomatoloq bıçaqlanıb

Lənkəranda stomatoloq bıçaqlanıb

Lənkəranda bıçaqlanma hadisəsi olub.

APA-nın verdiyi xəbərə görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Lənkəran şəhər sakini Nihad Malızadə aralarında yaranmış şəxsi münasibətlər zəminində Lənkəran şəhər sakini, 1985-ci il təvəllüdlü Cəlal Azadova bıçaqla çoxsaylı kəsilmiş - deşilmiş xəsarətlər yetirib. Yaralı dərhal Lənkəran şəhər mərkəzi xəstəxanasına çatdırılıb və təcili əməliyyata götürülüb.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan APA - ya bildirilib ki, faktı törətməkdə şübhəli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ -də cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan 38 yaşlı Cəlal Azadov Lənkəranın Göyşaban kəndində fəaliyyət göstərən tanınmış diş həkimidir.

Cebhe.info