“Maşın bazarı”nda 4 mağaza yanıb

“Maşın bazarı”nda 4 mağaza yanıb

Bakının Nizami rayonu, Babək prospektində 4 mağaza yanıb.

Bu barədə "Cebhe.info"-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

Bildirilib ki, digər mağazalar yanğından mühafizə olunub.

"Cebhe.info"