Naftalanda 30 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Naftalanda 30 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Naftalan şəhərində zəhərlənmə qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü G. Almərdanova yaşadığı evdə sirkə turşusundan zəhərlənib.

O, ağır halda xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info