Naxçıvanda ötən il 570 kiloqrama yaxın narkotik vasitə ələ keçirilib

Naxçıvanda ötən il 570 kiloqrama yaxın narkotik vasitə ələ keçirilib

Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən ötən il ərzində 570 kiloqrama yaxın narkotik vasitə ələ keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ümumilikdə 568,6 kq heroin, 112,2 qram tiryək, 117,9 qram marixuana, 144,7 qram həşiş, 145,4 qram psixotrop maddələr, 135,7 qram-güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin, 66 722 qutu aksiz markası ilə markalanmayan siqaret, 2 ədəd odlu silah, 2 ədəd soyuq silah hesab edilən bıçaq aşkarlanaraq götürülüb.

Naxçıvan Baş Gömrük İdarəsində ötən il ərzində 75 cinayət xarakterli fakt üzrə ilkin təhqiqat aparılıb ki, bunlardan 64-ü üzrə cinayət işi başlanılıb.

İcraatda olan cinayət işləri üzrə 71 şəxs təqsirləndirilib.

"Cebhe.info"