Naxçıvanda qadın intihar etdi

Naxçıvanda qadın intihar etdi

Naxçıvanda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Əcəmi seyrangahı adlanan parkda qeydə alınıb.

52 yaşlı S.Tağıyeva burada çoxlu sayda dərman içərək özünü öldürmək istəyib.

Qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"