2 həftə komada qalan 47 yaşlı kişi ölüb

Naxçıvanda yol qəzasında xəsarət alaraq iki həftə komada qalan 47 yaşlı kişi ölüb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 4-də Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində baş verib.
Qəza zamanı Kəngərli rayon Qıvraq qəsəbə sakinləri - 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Nizaməddin oğlu və onu həyat yoldaşı, 1982-ci təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən və koma vəziyyətində olan N.Rzayev bu gün xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"