Naxçıvanda yol qəzası zamanı bir nəfər xəsarət alıb

Naxçıvanda yol qəzası zamanı bir nəfər xəsarət alıb

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, şəhərin Əziz Əliyev prospektində avtomobil, yolu keçən qızı vurub.

Xəsarət alan 1996-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Fidan Cəfərli Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info