Ötən gün aşkarlanan və təhvil götürülən silahların sayı

Ötən gün aşkarlanan və təhvil götürülən silahların sayı

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Cebhe.info"-ya verilən məlumata görə, mayın 22-də polis əməkdaşları 2 tüfəng təhvil götürüblər.

Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və müxtəlif çaplı 7 patron aşkar edilərək götürülüb.

"Cebhe.info"