3 nəfərin həyatı xilas edildi 

3 nəfərin həyatı xilas edildi 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Cebhe.info xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Qeyd edilib ki, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, yanğın zamanı 15 nəfər bina sakini təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib.

Ləman İsmayıl
Cebhe.info