Qusarda 12 yaşlı uşağı avtomobil vurub

Qusarda 12 yaşlı uşağı avtomobil vurub

Qusar rayonunun Suvacal kənd sakini, 2011-ci il təvəllüdlü Əli Məmmədlini “Mercedes-Benz” markalı avtomobil vurub.

Bizim.Media-nın məlumatına görə, ağır kəllə-beyin travması alan uşaq dərhal Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardımdan sonra vəziyyəti ağır olduğundan yaralı Bakı şəhərindəki xəstəxanaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info