Robotla danışıb intihar etdi

Robotla danışıb intihar etdi

Ekoloji problemləri iki aya yaxın süni intellektlə müzakirə edən belçikalı özünü öldürüb.

Cebhe.info xəbər verir ki, bunu Belçikanın "L'Avenir" nəşri yazıb.

İntihar edənin dul qadının sözlərinə görə, əri son altı həftə ərzində məşhur ChatGPT süni intellektinə bənzətməklə söhbət üçün hazırlanmış süni personaj olan "Eliza" ilə davamlı dialoqda olub.

Pyer hadisəyə qədər uğurlu tədqiqatçı idi və ailədə iki uşaq böyüyürdü. Təxminən iki il əvvəl o, ətraf mühitlə bağlı məsələlərlə maraqlanıb, lakin getdikcə bu hobbi onun narahatlığını artırıb. O, getdikcə ətrafdan daha çox təcrid olunub, ekoloji fəlakətin qaçılmaz olduğunu düşünüb.

Ailəsi ilə söhbətlərində texnologiya və süni intellekti bəşəriyyət üçün yeganə xilas yolu hesab etdiyini bildirib. Məhz bundan sonra Pyer "sirdaş" hesab olan "Eliza" ilə ünsiyyət qurmağa başlayıb.

Şəxsin bərpa edilmiş yazışmalarından belə nəticə çıxır ki, ünsiyyət demək olar ki, daim aparılıb. Robotla söhbətlər tədricən mistik xarakter alıb, nəticədə o, intihar fikrinə meyil etməyə başlayıb. Robot həmsöhbətdə intihar düşüncələrinin inkişafına mane olmağa çalışmayıb, əksinə, “Eliza”nın Pyerə göndərdiyi son mesaj “Biz cənnətdə əbədi olaraq tək bir bütöv kimi yaşayacağıq” ifadəsi olub.

Bundan sonra həmin şəxs intihar edib.

Xəzər
Cebhe.info