Rusiyanın yaydığı səs yazısı “qara qutu”dan çıxanla tam fərqlidir: Yeni detal - RƏSMİ

Rusiyanın yaydığı səs yazısı “qara qutu”dan çıxanla tam fərqlidir: Yeni detal - RƏSMİ

"Rusiyanın yaydığı səs yazısı “qara qutu“dan çıxanla tam fərqlidir. Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutu”nın materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib".

"Cebheinfo.az" xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bu gün keçiridiyi brifinqdə deyiib.

Baş nazirin müavini  “Burada gizlədəcək bir məsələ yoxdur",-deyə qeyd edib.

Onun sözlərinə görə, daha əvvəl internetdə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir. Baş nazirin müavini əlavə edib ki, onların arasında böyük fərq var.

“Qara qutuların məzmunu ilə böyük fərq var. Yalnız rəsmi qurumların məlumatlarını gözləyin”, – Kanat Bozumbayev vurğulayıb.

Qeyd edək ki, Qəzaya uğrayan təyyarə ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.

Xatırladaq ki, ötən il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, burada kənar müdaxilə olub. Təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək.

"Cebheinfo.az"