Sabah Lerikin mərkəzində qazın verilişi dayandırılacaq

Sabah Lerikin mərkəzində qazın verilişi dayandırılacaq

Sabah Lerik şəhərində qazın verilişi dayandırılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, Lerik şəhər H.Aslanov küçəsində tikinti təşkilatı tərəfindən diametri 57 mm-lik və diametri 159 mm-lik qaz xəttlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lerik şəhəri üzrə 1700 əhali və 50 qeyri-əhali abonentin qaz təchizatı sabah saat 14:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

"Cebhe.info"