Sabiq həbsxana rəisi nazirliyi məhkəməyə verdi

Sabiq həbsxana rəisi nazirliyi məhkəməyə verdi

Ədliyyə Nazirliyi və qurumun Baş İcra İdarəsi məhkəməyə verilib.

"Cebhe.info" Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı Bayramov Rasim Əkbər oğludur.

Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.

Əldə etdiyimiz məlumata görə, Rasim Bayramov penitensiar sistemdə çalışıb. O, 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsini tutub.

Ötən il Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun təqdimatı, həmin vaxt ədliyyə naziri vəzifəsində işləyən Fikrət Məmədovun əmri ilə işdən çıxarılıb. Onun işdən çıxarılması fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı olub.

Şənbə günü olduğundan məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.

"Cebhe.info"