Sahbuzda 59 yaşlı qadın intihar edib

Sahbuz rayonunda intihar hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 1965-ci il təvəllüdlü Şıxıyeva Səməngül İbrahim qızı yaşadığı evdə intihar edib.
İlkin məlumata görə, S.Şıxıyeva 1 həftə öncə əməliyyat olunub və şiddətli ağrılardan əziyyət çəkib.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.
"Cebhe.info"