Şamaxıda sexdə yanğın: “Niva” külə döndü
![Şamaxıda sexdə yanğın: “Niva” külə döndü](/uploads/images/2024/09/720x400/172632592455079007766e5a4a466cd2.jpg)
Şamaxıda sexdə yanğın baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Bakı-Qazax yolunda yerləşən sexlərdən birində olub.
Yanğın yerinə Şamaxı rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 30 kv/m olan Qəribov Sahil Vaqif oğluna məxsus sexin dam örtüyünün 10 kv/m hissəsi və içərisində olan “Niva” markalı minik avtomobili tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
"Cebheinfo.az"