Sədərəkdə yanğın olub

Sədərəkdə yanğın olub

Naxçıvanın Sədərək rayonunda yanğın olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yanğın otlaq sahəsində qeydə alınıb.

Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğın söndürülüb, daha geniş sahəyə yayılmasına imkan verilməyib.

"Cebhe.info"