Şəmkirdə 20 yaşlı qız dərmandan zəhərlənib

Şəmkirdə 20 yaşlı qız dərmandan zəhərlənib

Şəmkir rayonunda yerli sakin qəbul etdiyi dərmandan zəhərlənib.

“Report”un Qərb bürosunun məlumatına görə, qəbul etdiyi ağrıkəsici dərmandan zəhərlənən Şəmkir rayon sakini, 2003-cü il təvəllüdlü N. Atakişiyeva xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Zərərçəkənin ağrıkəsici dərmanı qədərindən artıq istifadə etməsi səbəbindən zəhərləndiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info