Şəmkirdə ağır qəza: 5 nəfər öldü - YENİLƏNİB

Şəmkirdə ağır qəza: 5 nəfər öldü - YENİLƏNİB

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Niva” ilə “VAZ 2106” markalı minik maşınları toqquşub.

Qəza zamanı 5 nəfər ölüb.

***

Məlumata görə, “VAZ 2106” markalı maşının sürücüsü X.Əliyev, onun sərnişini 1997-ci il təvəllüdlü R.Allahverdiyev, “NİVA”nın sürücüsü Z.Cabbarov, sərnişini 1972-ci il təvəllüdlü E.Xudaverdiyev və daha bir nəfər 35-40 yaşlı kişi hadisə yerində ölüb.

1996-cı il təvəllülü E.Orucov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az"