Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub.

APA xəbər verir ki, hadisə nəticəsində 2007-ci il təvəllüdlü İlkin Həbib oğlu Rzayev dünyasını dəyişib.

1986-cı il təvəllüdlü Həbib Rzayev, 1995-ci il təvəllüdlü Məhəmməd Həsənov, 2021-ci il təvəllüdlü Sədaqət Həsənova və 1987-ci il təvəllüdlü Salahov Samir müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

***
19:49

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, qəzaya düşən şəxslər bir ailənini üzvləridir.

https://t.me/oxuaze/90951

"Cebhe.info"