Siqaretə pulu çatmadı: Mağazanı yandırdı
Moskvada kişi kassir qadınla münaqişə zəminində ərzaq mağazasını yandırıb.
“Cebheinfo.az” bu barədə “Baza” “Telegram” kanalına istinadən məlumat yayıb.
İyulun 28-də İqor (ad şərtidir) Naqornaya küçəsində yerləşən ərzaq mağazasından bir qutu siqaret almaq qərarına gəlib, lakin pulunu ödəyə bilməyib, çünki buna pulu çatmayıb.
Daha sonra kassirdən siqareti ona nisyə satmasını istəyib. Qadın alıcıdan imtina edib və alıcı sakitcə mağazanı tərk edib.
Səkkiz saatdan sonra İqor sərxoş halda bir əlində bir qutu siqaret, digərində isə bir banka benzinlə mağazaya qayıdıb.
O, rədd cavabı aldığı üçün girişə benzin tökməyə başlayanda mağaza işçiləri onu saxlamağa çalışıblar.
Bununla belə, İqor alışqanla benzini yandıra bilib. Nəticədə bir neçə nəfər xəsarət alıb və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şşəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəzər
“Cebheinfo.az”