Şirvan sakinindən “Makarov” tapançası aşkarlanıb

Şirvan sakinindən “Makarov” tapançası aşkarlanıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraqsaxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Cebhe.info-ya verilən məlumatagörə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləritədbirlər zamanı şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi iləməşğul olduğuna görə dəfələrlə məhkum olunmuş İlham İsmayılov saxlanılıb.Onun üzərinə keçirilən baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 6ədəd patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb,saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiriseçilib. Araşdırmalar davam etdirilir.

Cebhe.info