Sürüşmə olan yolun istifadəçilərinə ŞAD XƏBƏR

Sürüşmə olan yolun istifadəçilərinə ŞAD XƏBƏR

İsmayıllı rayonu Basqal kənd yolunda torpaq sürüşməsi baş verib.

Avtomobillər yolun bir hissəsi ilə hərəkət etməyə məcbur qalıblar. 

Sürücülər yolun daha təhlükəli vəziyyətə düşə biləcəyini bildirir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, yaranan durum nəzarətdədir:

"Əraziyə əməkdaşlarımız tərəfindən baxış keçirilib. Vəziyyət nəzarətimizdədir. Qısa zamanda məsələ həllini tapacaq və yol bütünlüklə istifadəyə yararlı vəziyyətə gətiriləcək".

Naibə
"Cebheinfo.az"