Şuşada aşkarlanan insan qalıqları kimlərə aiddir? - AÇIQLAMA

Şuşada aşkarlanan insan qalıqları kimlərə aiddir? - AÇIQLAMA

İyunun 2-də Dövlət Komissiyasından Şuşa həbsxanası yaxınlığında təsərrüfat işləri həyata keçirilərkən insan qalıqları aşkarlanması barədə məlumat daxil oldu.

Bundan sonra biz Şuşaya ezam edildik və burada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid insan skeleti qalıqları aşkara çıxardıq.

Bunu AzərTac-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib.

“Yəqin ki, yaxın zamanda bu ərazidə tədqiqat işləri həyata keçiriləcək. Biz burada nə qədər insana aid skeletin olduğunu ondan sonra dəqiq deyə biləcəyik”, - deyə A.Quliyev qeyd edib.

Cebhe.info