Tovuzda zəncirvari qəza: 1 ölü, 2 yaralı var - FOTOLAR

Tovuzda zəncirvari qəza olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin Musa Musayev küçəsində qeydə alınıb.
Məlumata görə, küçədə hərəkətdə olan minik maşınının sürücüsünün sükan araxasında səhhəti pisləşib. Bu zaman idarəetmənin itməsi nəticəsində maşın 4 avtomobilə çırpılıb.
Həmin şəxs ürək tutmasından hadisə yerində ölüb. Ölən şəxsin rayonun Aşaği Öysüzlü kənd sakini 1956-cı il təvəllüdlü Cəfərov Nikolay Nuru oğlu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebhe.info"