Avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb
Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz-Xudat avtomobil yolunun Köhnəxaçmaz kəndindən keçən hissəsində qeydə alınıb.
Sürücü "Opel" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarındakı səkiyə çırpıb.
Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Şəhriyar Məmmədov dünyasını dəyişib.
Avtomobildə olan digər şəxs, 2002-ci il təvəllüdlü Gülməmməd Gülməmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"