Zaqatalada 84 yaşlı qadın özünü ağacından asaraq intihar edib

Zaqatalada 84 yaşlı qadın özünü ağacından asaraq intihar edib

Zaqatalada 84 yaşlı qadın özünü fındıq ağacından asıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Danaçı kəndində baş verib.

Kənd sakini, 1939-cu il təvəllüdlü Sona Yumuxovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki fındıq ağacından asılı vəziyyətdə aşkar edilib.

Bildriilib ki, S.Yumuxova əsəb xəstəliyindən əziyyət çəkirdi.

İlkin versiyaya görə o, bu səbəbdən intihar edib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Cebhe.info