Acundan inanılmaz həmlə: Ronaldinyo “Survivor”da

Acundan inanılmaz həmlə: Ronaldinyo “Survivor”da

Türkiyənin “TV8” telekanalının reytinqləri darmadağın edən yarışma proqramı “Survivor”da daha bir sürpriz yaşanacaq.

“Cebhe.info” xəbər verir ki, layihənin rəhbəri Acun Ilıcalı son həmləsi ilə gündəmi alt-üst edib.

Belə ki, dünyaca məşhur sabiq futbolçu Ronaldinyo “Survivor”a qatılacaq. Onun bu gün yayımlanacaq bölümdə yarışmada qonaq olacağı açıqlanıb.

Əfsanəvi futbolçu yarışmada ayaq voleybolu və futbol oynayacaq. Bu həmlə isə sosial şəbəkələrdə geniş əks-səda doğurub. 

Qeyd edək ki, Ronaldinyonun qonaq olacağı “Survivor”un yeni bölümü bu axşam yerli vaxtla saat 21:00-də “TV8” telekanalında yayımlanacaq.

Elmir Mustafa
“Cebhe.info”