Almaniya Bundesliqası: "Leyptsiq" darmadağınla 2-ci pilləyə yüksəlib

Almaniya Bundesliqası: "Leyptsiq" darmadağınla 2-ci pilləyə yüksəlib

Futbol üzrə Almaniya Bundesliqasında XVII tura start verilib.

Açılış oyununda "Leyptsiq" səfərdə "Şalke"ni darmadağın edib - 6:1.

Hesabı 7-ci dəqiqədə qonaqlardan Andre Silva açıb. 8 dəqiqə sonra Bencamin Henrixs komandasının üstünlüyünü 2 topa çatdırıb. 44-cü dəqiqədə Silva özünün 2-ci, komandasının 3-cü qolunu vurub. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-cü dəqiqədə Timo Verner meydan sahiblərini növbəti dəfə cəzalandırıb. 56-cı dəqiqədə "Şalke" buraxılan toplardan birinin əvəzini çıxıb. Soitiro Kodzuki fərqlənib. 83-cü dəqiqədə "Leyptsiq" 5-ci qolu rəqibin qapısından keçirib. Son nöqtəni isə 90-cı dəqiqədə Yussuf Poulsen qoyub.

Bu qələbədən sonra xallarını 32-yə çatdıran "Leyptsiq" 2-ci pilləyə yüksəlib. 9 xalı olan "Şalke" isə sonuncu - 18-cidir.

Cebhe.info