"Araz Naxçıvan" "Neftçi"nin yetirməsini transfer edib

"Araz Naxçıvan" "Neftçi"nin yetirməsini transfer edib

Yeni mövsüm öncəsi heyətini gücləndirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

"Cebhe.info" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Ömər Buludovla anlaşıb.

“Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.

"Cebhe.info"