Astarada şəhid övladları üçün bayram şənliyi keçirilib

Astarada şəhid övladları üçün bayram şənliyi keçirilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Astarada Vətən müharibəsi şəhidlərinin övladları üçün "Qoy həmişə sülh olsun" adlı bayram şənliyi keçirilib.

Tədbir Vətən müharibəsi iştirakçılarının, "İşığa doğru" sosial maarifləndirmə layihəsinin, Astara Gənclər Evinin təşkilatçılığı və dəstəyi ilə baş tutub.

Bayram şənliyində şəhid ailələri, Astara Gənclər Evinin əməkdaşları, könüllülər və rayon sakinləri iştirak edib.

Şənlikdə şəhid övladları üçün müxtəlif əyləncəli proqramlar təşkil edilib, musiqi nömrələri ifa olunub.

Tədbirin sonunda uşaqlar "Qoy həmişə sülh olsun" şüarı ilə səmaya şar buraxıb.

Cebhe.info