Şotlandiya İsveçrə oyununda bərabərlik - YENİLƏNİB - 5

Şotlandiya İsveçrə oyununda bərabərlik - YENİLƏNİB - 5

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçı başa çatıb.

Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Qarşılaşmada hesabı şotlandlar açıb. 13-cü dəqiqədə Fabinan Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.

Qeyd edək ki, A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.

00:07

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçında ikinci hissə başlayıb.

Fasilədən sonra hesab bərabərdir - 1:1.

Şotlandların heyətində Fabinan Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə Cerdan Şakiri imza atıb.

23:48

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçında birinci hissə yekunlaşıb.

İlk yarıdan sonra hesab bərabər olub - 1:1.

Şotlandların heyətində Fabinan Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə Cerdan Şakiri imza atıb.

23:28

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçında hesab bərabərləşib.

26-cı Cerdan Şakiri şotlandların qapısına yol tapıb - 1:1.

Qarşılaşma davam edir.

23:15

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçında hesab açılıb.

13-cü dəqiqədə şotlandlar hesabda önə çıxıb.

İsveçrəlilərin heyətində Fabian Şer avtoqol müəllifi olub.

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turu çərçivəsində günün son matçı start götürüb.

A qrupunun görüşündə Şotlandiya İsveçrə ilə qarşıla

Oyunu slovakiyalı İvan Krujlyak idarə edir.

"Cebhe.info"