AVRO-2024: Şotlandiya millisi seçmə mərhələyə darmadağınla başlayıb

AVRO-2024: Şotlandiya millisi seçmə mərhələyə darmadağınla başlayıb

AVRO-2024-ün seçmə mərhələsində I turun növbəti oyunu keçirilib.

A qrupunda Şotlandiya millisi Kipr yığmasını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 21-ci dəqiqədə Con Makginn, 87-ci və 90+3-cü dəqiqələrdə isə Skott Maktominey vurublar.

Oyunun əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə qonaqlardan Nikolas Yoannu ikinci sarı vərəqə ilə meydandan qovulub.

Şotlandiya seçməsi bu nəticədən sonra 3 xalla hələlik ilk pilləyə yüksəlib. Xalı olmayan Kipr isə sonuncudur.

Qrupun digər matçında İspaniya millisi evdə Norveçlə qarşılaşacaq.

AVRO-2024, seçmə mərhələ
I tur
A qrupu

18:00. Şotlandiya - Kipr - 3:0
Qollar:
Con Makginn, 21. Skott Maktominey, 87; 90+3
Qırmızı vərəqə: Nikolas Yoannu, 90+5

Qeyd edək ki, bu gün daha 6 qarşılaşma baş tutacaq.

Cebhe.info